AZ

Kvest mərkəzində FACİƏ: Məktəbli qızın barmağı QOPDU – VİDEO

Rusiyada kvest mərkəzində məktəbli qızın barmağı qapı arasında qalaraq qopub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Krasnodar şəhərində kvest mərkəzlərindən birində uşaqların ad günü qeyd edilməsi zamanı bədbəxt hadisə baş verib.

Məlumata görə, animator 16 yaşlı məktəbli qızın ardınca qaçarkən qapını qəfil və sərt şəkildə bağlayıb. Nəticədə yeniyetmənin barmağı qapı arasında qalaraq falanqa hissəsindən qopub.

Hadisənin ilk dəqiqələrində heç kim vəziyyətin ciddiliyini anlamayıb. Mərkəzin əməkdaşları yaraya sadəcə pambıq qoyaraq kvest oyununu davam etdiriblər.

Anasının sözlərinə görə, hətta barmağın qopmuş hissəsini belə yerdən götürən olmayıb.

Zərərçəkmiş hadisədən yalnız bir neçə saat sonra evə qayıda bilib. Anası onu dərhal xəstəxanaya əməliyyata aparıb, qızın bacısı isə hadisə yerinə yollanıb.

Məlum olub ki, barmağın qopmuş fraqmenti hələ də qapı boşluğunda qalıbmış.

Mütəxəssislər bildirir ki, amputasiya anından əməliyyata qədər kritik dərəcədə çox vaxt keçdiyi üçün məktəblini ağır reabilitasiya dövrü gözləyir. Faktla bağlı prokurorluq tərəfindən yoxlamalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
135
interpress.az

1Mənbələr