AZ

Novak: Hökumət Avropaya qaz ixracının dayandırılmasını müzakirə etməyi planlaşdırır

Rusiya hökuməti tezliklə Avropaya qaz ixracının dayandırılması ehtimalını müzakirə etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak "Reuters" agentliyinə bildirib.

"Prezidentin tapşırığına əsasən, enerji şirkətləri ilə mövcud vəziyyəti və enerji resurslarımızın nəqli üçün mümkün marşrutları müzakirə etmək üçün tezliklə görüşəcəyik", - deyə o bildirib.

Novak əlavə edib ki, Rusiya hələ də Avropaya qaz tədarük edir:

"Rusiya ixracatının 12%-dən çoxu ora gedir. "Qlobal enerji balansında mövcud qaz kəsiri nəzərə alındıqda, bu, kifayət qədər böyük həcmdir", - deyə o əlavə edib.

Seçilən
10
teleqraf.com

1Mənbələr