AZ

“Unudulmazlar” layihəsi həyata keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə “Unudulmazlar” layihəsi həyata keçirilib.

Manset.az xəbər verir ki, layihə Azərbaycanın müasir tarixində qəhrəmanlıq nümunəsi göstərmiş Vətən müharibəsi iştirakçılarının həyatını gənc nəslə tanıtmaq və onların xatirəsini yaşatmaq məqsədi daşıyır.

Layihə çərçivəsində təşkil olunan sərgidə Vətən müharibəsi qəhrəmanları Əfqan AbdurrahmanovAnar Şükürova məxsus şəxsi əşyalar ziyarətçilərə təqdim edilib. Bu əşyalar gənclərə qəhrəmanlarımızın şərəfli həyat yolunu daha yaxından tanımaq imkanı yaradıb.Tədbirin açılış mərasimində “ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu cür təşəbbüslər gənclərin vətənpərvərlik ruhunda formalaşmasında və tarixi yaddaşın qorunmasında mühüm rol oynayır.

Daha sonra “Unudulmazlar” layihəsinin rəhbəri Səid Babayev layihənin məqsədi, ideyası və görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd olunub ki, layihə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların həyat yolunun gənc nəslə çatdırılmasını qarşıya məqsəd qoyur.Proqram çərçivəsində “Şuşa, sən azadsan” adlı sənədli film nümayiş olunub. Film gənclərə tarixi Zəfərimizin əhəmiyyətini, qəhrəmanlarımızın qəhrəmanlıq hekayələrini və müharibə dövründəki çətinlikləri daha ətraflı göstərib.

Nümayişdən sonra Vətən müharibəsi iştirakçısı Ülvi Kərimovın iştirakı ilə “Qəhrəmanlıq hekayələri” adlı diskussiya keçirilib. Diskussiya zamanı gənclərlə vətənpərvərlik, qəhrəmanlıq, həmçinin tarixi Zəfərimiz ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.Tədbir “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının hazırladığı musiqili çıxışla başa çatıb.

Layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların həyat yolunu gənc nəsil ilə paylaşmaq, onların xatirəsini yaşatmaq və cəmiyyətdə vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.

Sonda qeyd edək ki, “Unudulmazlar” layihəsinin rəhbəri Səid Babayev Şəhid baş leytenant Valeh Babayevin övladıdır.


Seçilən
5
manset.az

1Mənbələr