AZ

Şahin Şıxlinskiyə 22 il həbs cəzası verildi

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski 22 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, məhkəmə onu tacir Yunis Paşayevin qətlində və sahibkar Fəhruz Şirinova qarşı sui-qəsddə təqsirli bilib. 

Bu barədə məhkəmədən məlumat verilib.

Eyni iş üzrə digər təqsirləndirilən şəxslərə də hökm oxunub:

Akif Səfərov — 21 il həbs

Ayaz Səfərov — 20 il həbs

Kamal Səfərov — 14 il həbs

Mızahir Səfərov — 13 il həbs

Bəkir Səfərov — 10 il həbs

Şücəddin Rəcəbov — 14 il həbs

Məhkəmə qərarına əsasən, onlar törədilən cinayətlərə görə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Bizim.Media

Seçilən
87
5
bizim.media

10Mənbələr