Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski Yekaterinburqdakı cəzaçəkmə müəssisəsinə göndərilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Sverdlovsk Vilayət Məhkəməsinin hakimi Yuri Radçuk onu 22 il müddətinə azadlıqdan məhrum edib. O və altı həmyerlisi qətl təşkil etməkdə və qətlə cəhd etməkdə ittiham olunurdular.
Şıxlinski cəzasının ilk dörd ilini həbsxanada keçirəcək, bundan sonra isə ciddi rejimli cəza müəssisəsinə köçürüləcək. Zərərçəkənlərə ümumilikdə 600.000 rubl ödənilməsi qərara alınıb. Şıxlinskinin əmlakı, o cümlədən dörd avtomobili, iki yaşayış yeri və külli miqdarda nağd pulu da müsadirə edilib.
Ağarza Elçinoğlu