AZ

Naxçıvandakı Şəkərabad məktəbi ilə bağlı son durum: "Feyk fotolar yayılır"

İranın Naxçıvana dron hücumu nəticəsində Babək rayonu, Ç.Babayev adına Şəkərabad kənd tam orta məktəbinin dağıntıya məruz qalmasına dair feyk fotolar yayılıb.

Bizim.Media xəbər verir ki, mövzuya Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən münasibət bildirilib.
 

Qurumdan teleqraf.az-a deyilib ki, PUA orta məktəbin təxminən 500 metr yaxınlığına düşüb, məktəbə isə heç bir ziyan dəyməyib.


"Bir daha xatırlatmaq istəyirik ki, hər hansı dağıntı və ya təlafat yoxdur", - qeyd olunub.

Dərsə davamiyyətə gəlincə, nazirlikdən bildirilib  ki, yalnız Şəkərabad məktəbində tədris pozulub:

"Məktəb hava limanın yaxınlığında yerləşdiyindən bəzi valideynlər təşvişə düşərək övladlarını məktəbdən götürüblər. Digər məktəblərdə tədris ənənəvi qaydada davam etdirilir. Gün ərzində ətraflı açıqlama olacaq".

Bizim.Media

Seçilən
15
1
bizim.media

2Mənbələr