AZ

Yasamalda tədbir keçirildi Fotolar

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bu gün Yasamal Rayon İcra Hakimiyyətində 5 mart-Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar idman ictimaiyyəti nümayəndələrinin rayon toplantısı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantını giriş sözü ilə Yasamal rayon Gənclər və İdman sektorunun müdiri İlham Səfərov açıb. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış müxtəlif sərəncam və fərmanlar ölkə rəhbərliyinin idmana və idmançılara olan qayğısının bariz nümunəsidir.

Yasamal Rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov çıxış edərək bədən tərbiyəsi və idmanın Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən biri olduğunu deyib.

Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycanın son 20 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir.

Bildirilib ki, 5 mart 1995-ci ildə Ulu Öndər Heydər Əliyev idman sahəsində yeni strategiyanın əsasını qoyaraq İdman Fondunu yaradıb və bununla da bədən tərbiyəsinin inkişafına xüsusi diqqət göstərib.

Dövlət başçısı Prezident İlham Əliyevin 2005-ci il tarixli Sərəncamı ilə 5 mart rəsmi olaraq “Bədən Tərbiyəsi və İdman Günü” kimi elan edilib. Qeyd olunub ki, bu, sağlam həyat tərzini təbliğ etmək, gənclərimizin fiziki inkişafını dəstəkləmək və idmanın ölkəmizdə daha da inkişafına töhfə vermək məqsədi daşıyır. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan qabaqcıl idman ölkəsinə çevrilib.

Bildirilib ki, bu gün Yasamal rayonunda müxtəlif idman və bədən tərbiyəsi mərkəzləri fəaliyyət göstərir. Qeyd olunub ki, son bir neçə ildə Yasamal rayonundakı müxtəlif ünvanlarda süni örtükü futbol meydançaları və Abad məhəllələr sakinlərin istifadəsinə verilib.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları Ülvi Quliyev,Göydəniz Qəhrəmanov və digər natiqlər Azərbaycan idmanının uğurları və qarşıda duran məqsədlər barədə danışıblar. Bildirilib ki, bu gün idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təşviqi və idman nailiyyətlərinin qeyd edilməsi üçün gözəl bir fürsətdir. Azərbaycanda idmançılarımız beynəlxalq arenalarda uğurlar qazanır, ölkəmizin şərəfini yüksəldirlər ki, bu da hamımız üçün böyük qürur mənbəyidir.

Sonda bir qrup idman ictimaiyyəti nümayəndəsi əldə etdikləri yüksək nəticələrə görə fəxri fərmanlarla mükafatlandırılıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
qafqazinfo.az

2Mənbələr