AZ

Leyla Əliyeva və Arzu Əliyeva “Leyla Medical Center”in Pediatriya Mərkəzində olublar FOTO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Leyla Əliyeva və Arzu Əliyeva martın 4-də "Referans Medical Group"un tərkibində fəaliyyət göstərən "Leyla Medical Center"in Pediatriya Mərkəzində olublar.

Milli.Az xəbər verir ki, ziyarət zamanı qonaqlar Mərkəzin gündüz stasionarında müalicə alan uşaqlara baş çəkib, onların səhhəti və müalicə prosesi ilə maraqlanıblar.

Uşaqlarla səmimi söhbət edən Leyla Əliyeva və Arzu Əliyeva körpələrə müxtəlif hədiyyələr təqdim edib, onlara xoş anlar yaşadıblar.

Qeyd edək ki, Pediatriya Mərkəzində uşaqların sağlamlığının qorunması və müalicəsi istiqamətində müasir tibbi xidmətlər göstərilir, balaca pasiyentlərin rahat və təhlükəsiz mühitdə müalicə alması üçün bütün zəruri şərait yaradılıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
26
news.milli.az

10Mənbələr