AZ

“Bu vəziyyətdə təmkinli olmaq vacibdir” “Hücumların kim tərəfindən törədildiyi məlum deyil”

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərbaycanın ərazisi İrandan həyata keçirilən hücum nəticəsində zərər görüb və bu, təsadüfi deyil. Hücumun əsas hədəfi aeroport olub və dronlar təsadüfən Azərbaycan ərazisinə gələ bilməz, çünki döyüş cənubda yerləşir”.

“AzPolitika” xəbər verir ki, bunu Politoloq Fərhad Məmmədov Naxçıvana qarşı dron hücumlarını şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan həm 12 günlük müharibə zamanı, həm də sonradan, eləcə də İran müharibəsinin başlanmasından etibarən rəsmi mövqeyini saxlayıb: ölkə ərazisi və hava məkanı İrana qarşı istifadə edilə bilməz.

O xatırladıb ki, Xameneyinin ölümündən sonra Azərbaycan Prezidenti İran Prezidentinə başsağlığı verib və Bakıdakı İran səfirliyini ziyarət edib. Politoloq əlavə edib ki, İranda rəhbərlik eyni məsuliyyət nümunəsini göstərmir və bunun əvəzinə Azərbaycan üzərinə dron hücumları həyata keçirilib, Bu da İran rəhbərliyinin ölkəmizə qarşı nankorluğunu bir daha göstərir.

Fərhad Məmmədov bildirib ki, hazırkı müharibədə İran yalnız ABŞ-nin hərbi bazalarının yerləşdiyi ölkələrə zərbə endirir, lakin Azərbaycanda belə baza yoxdur.

O xatırladır ki, Azərbaycan Xarici İşlər Nazirliyi artıq İran səfirini çağıraraq nota təqdim edib və izahat tələb edib: “Hazırda İranda idarəetmədə tam xaos hökm sürür və hücumların kim tərəfindən törədildiyi, necə qərarlaşdırıldığı məlum deyil. Azərbaycan Şuşa Bəyannaməsinə uyğun olaraq Türkiyə ilə məsləhətləşmələr aparacaq və yalnız öz müdafiəsi üçün zəruri tədbirlər görəcək. Ərəb ölkələri İrandan gələn hücumlara hələlik cavab tədbirləri görməyiblər və eyni hal Türkiyə üçün də keçərlidir. Bu vəziyyətdə sakit və təmkinli olmaq vacibdir, çünki Azərbaycan lazım olan zaman cavab tədbirləri görə bilər”.

Politoloq bildirib ki, İranda yaşayan milyonlarla Azərbaycan türkünün təhlükəsizliyi təmin edilməlidir və ölkənin müdafiəsi üçün bütün addımlar atılacaq. O yekun olaraq deyib: “Allah ölkəmizi qorusun! Allah müqəddəs dinimizi siyasi məqsədlər üçün istismar edənləri lənətləsin!”

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
azpolitika.info

1Mənbələr