AZ

Xameneinin yerini “Mossad”a sızdıran general EDAM OLUNDU

İranda “Mossad”a casusluq edən ordu generalı asılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

İran ordusunun yüksək rütbəli generalı İsrailin kəşfiyyat xidməti “Mossad”ın xeyrinə casusluq etdiyi üçün edam edilib.

Məlumata görə, həmin hərbçi dövlətə xəyanətdə və məxfi məlumatları xarici xidmət orqanlarına ötürməkdə təqsirli bilinib.

İddia olunur ki, məhz həmin general İranın Ali dini lideri Ayətullah Əli Xameneinin olduğu gizli məkanın dəqiq koordinatlarını qarşı tərəfə sızdırıb.

Sızdırılan bu məlumatın İsrail və ABŞ-nin regionda həyata keçirdiyi son əməliyyatlarda həlledici rol oynadığı bildirilir.

Faktla bağlı aparılan araşdırmalardan sonra hərbçi barəsində çıxarılan ölüm hökmü artıq icra olunub.

Hazırda İranın güc strukturlarında casus şəbəkəsinin tam ifşası istiqamətində genişmiqyaslı təmizləmə işlərinin davam etdirildiyi qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
100
interpress.az

1Mənbələr