İran İraqın yarı-muxtar bölgəsində kürd qruplarına qarşı əməliyyata başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilib ki, İran İsrailə və ABŞ-ın Yaxın Şərqdəki aktivlərinə qarşı raket və pilotsuz təyyarə hücumlarına başlayıb.
İranın Kəşfiyyat Nazirliyi qərb sərhədlərindən keçmək niyyətində olan separatçı qrupların postlarına hücum edildiyini təsdiqləyib.