Bildiyimiz kimi ABŞ-İsrail və İran arasında hərbi toqquşmalar davam edir və bölgədə gərginlik sürətlə artır. Hər iki tərəf strateji hədəflərə zərbələr endirir və region ölkələri narahatlıq içində vəziyyəti izləyir. Azərbaycan hər zaman dostluq və qonşuluq prinsiplərinə sadiqlik nümayiş etdirib. Məlumdur ki, 4 mart 2026-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.
Bu cənab Prezidentin səmimi mövqeyini göstərir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, Körfəz ölkələrini hədəfə alan İranın dünən Türkiyəyə, bu gün isə Azərbaycana hücum etməsi, Naxçıvanda mülkü infrastrurktura zərər vurması, günahsız vətəndaşlarımızın xəsarət alması məhz İranın riyakar siyasətinin və rəzil mövqeyinin nümayişdir. Baş verən hadisə ilə bağlı bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.Cənab Prezident hadisə ilə əlaqədar mühüm mesajları İranın və riyakar havadarlarının diqqətinə çatdırıb. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir.
Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı.
Bəli,bu gün Azərbaycan güclü dövlətdir və onun güclü lideri var. Bizim humanist mövqeyimizə qarşı namərdcəsinə münasibət sərgiləyən molla rejimi dərhal üzr istəməli və Azərbaycanın nəyə qadir olduğunu heç vaxt unutmamalıdır.
İlham Məmmədov, Milli Məclisin deputatı