AZ

“Tramp İrana nə edir, düz edir” – Deputat OD PÜSKÜRDÜ

“Onlar nankor, təxribatçı və cinayətkarlardır”.

Bunu Musavat.com-a Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin üzvü Elşən Musayev İranın Naxçıvana PUA hücumu ilə bağlı deyib.

Deputat bildirib ki, İranın etdiyi namərdlikdir və molla rejiminin əsl simasını göstərir:

“Tramp sizə neyləyirsə düz edir, əcəb edir, hətta az edir. Çünki qonşuluq siyasəti qanmayan, beynəlxalq hüququ heçə sayan, yaxşılıqla pisliyi bir-birindən ayıra bilməyən bir rejim məğlubiyyəti də, çöküşü də, tarixin arxivinə gömülməyi də haqq edir”,- deyə E.Musayev qeyd edib.

Onun fikrincə, cənubi azərbaycanlılar ayağa qalxmalı və fars-molla rejiminin sonunun gəlməsi üçün bütün səyləri göstərməlidi: “İnsan qanına susayan, terrorun beşiklərindən olan molla rejiminə sonsuz lənət və ar olsun. Tanrı Azərbaycanımızı və müdrik liderimizi qorusun!”


Cavanşir ABBASLI
Musavat.com

 

Seçilən
249
1
musavat.com

2Mənbələr