AZ

Şəhid ailəsi üzvləri üçün təhsil güzəştlərində yaş məhdudiyyətinin artırılması təklif olunur

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şəhid ailəsi üzvlərinin təhsil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur.

Gununsesi.info xəbər verir ki, təklifə əsasən, Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Qanunun 1-ci maddəsində peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alan şəxslər üçün müəyyən edilmiş 23 yaş məhdudiyyətinin artırılması nəzərdə tutulur.

Bildirilir ki, mövcud yaş məhdudiyyəti bəzi hallarda şəhid ailəsi üzvlərinin təhsil imkanlarından tam istifadə etməsinə maneə yaradır.

Xüsusilə müxtəlif sosial və ailə səbəbləri ilə təhsilə daha gec başlayan şəxslər bu güzəştlərdən yararlana bilmirlər.

Bu baxımdan yaş məhdudiyyətinin artırılması şəhid ailəsi üzvlərinin təhsil hüququnun daha effektiv təmin olunmasına, onların peşə və ali təhsil alma imkanlarının genişlənməsinə xidmət edə bilər. Təklifin qəbul olunacağı halda, güzəştlərdən daha çox sayda şəhid ailəsi üzvünün yararlanması gözlənilir.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edir. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
98
icma.az

1Mənbələr