AZ

Şoyqu Hörmüz boğazının bağlanmasından bütün ölkələrin itkilərini açıqladı

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu jurnalistlərə bildirib ki, Hörmüz boğazının bir günlük bağlanması bütün ölkələrə 7 milyard dollara qədər başa gələ bilər.

Gununsesi.info xəbər verir ki, “Boğazın bağlanmasının bir günü hər kəs üçün təxminən 7 milyard dollar itki deməkdir”, – deyə o bildirib.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi martın 5-də bildirib ki, regionda hərbi əməliyyatlar davam etdiyi müddətdə İran düşmən dövlətlərin ticarət gəmilərinə və hərbi gəmilərinə Hörmüz boğazından keçməyə icazə vermək niyyətində deyil.

İran hakimiyyəti daha əvvəl Hörmüz boğazını bağlamadığını və beynəlxalq protokollara uyğun olaraq oradan keçən gəmilərlə qarşılıqlı əlaqədə olduğunu bildirmişdi.

Maqsud

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
icma.az

1Mənbələr