AZ

Azərbaycan bundan sonra da qlobal təşəbbüslərin fəal iştirakçısı və etibarlı tərəfdaşı olacaq Millət vəkili

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Prezident İlham Əliyev tərəfindən Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan bu gün həm regionun, həm də Avrasiya məkanının enerji təhlükəsizliyində əsas söz sahibidir. Prezidentin vurğuladığı kimi, son on iki il ərzində təşəbbüsün davamlılığı, iştirakçı ölkələrin sayının artması və əməkdaşlığın dərinləşməsi göstərir ki, birlikdə qərar vermək və dialoq yolu ilə həll mexanizmləri qurmaq alternativsizdir. Məhz bu yanaşma nəticəsində Azərbaycan qazı artıq 16 ölkəyə çatdırılır və ölkəmiz boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi dövlətlərin sayına görə dünyada lider mövqedə qərarlaşıb. Xüsusilə Avropa istiqamətində coğrafiyanın genişlənməsi, o cümlədən Almaniya və Avstriya kimi ölkələrin siyahıya əlavə olunması Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. Bununla yanaşı, qaz təchizatının Avropa hüdudlarından kənara çıxaraq Suriyaya qədər uzanması humanitar və iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu addım həm enerji şaxələndirilməsinin, həm də regional sabitliyə töhfənin bariz nümunəsidir".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. 

Millət vəkili qeyd edib ki,  Cənub Qaz Dəhlizinin tam gücü ilə işlədiyi bir mərhələdə yeni yataqlardan “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron”, “Ümid” və “Şahdəniz” üzrə növbəti mərhələlərdən gözlənilən əlavə 10–15 milyard kubmetr həcmində hasilat perspektivi Azərbaycanın enerji strategiyasının uzunmüddətli və düşünülmüş şəkildə qurulduğunu göstərir. Eyni zamanda, yaşıl gündəlik üzrə əldə olunan nəticələr xüsusi vurğulanmalıdır. 240 meqavat gücündə külək elektrik stansiyasının istifadəyə verilməsi, 230 meqavatlıq Günəş stansiyasının istismarı və qarşıdakı illər üçün planlaşdırılan layihələr göstərir ki, Azərbaycan enerji siyasətində balanslı və məsuliyyətli mövqe tutur. 2032-ci ilə qədər 6–8 giqavat alternativ enerji gücünün əldə olunması planı ölkəmizin iqtisadi və ekoloji baxımdan davamlı inkişaf modelinə sadiqliyinin göstəricisidir. Azərbaycanın hidroenerji potensialının, xüsusilə işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr hesabına genişləndirilməsi, qaz və bərpaolunan enerji mənbələrinin vəhdətinə əsaslanan modelin formalaşdırılması dövlətimizin strateji baxışının tərkib hissəsidir:

"Bu gün Azərbaycan həm istehsalçı, həm tranzit, həm də ixrac potensialını genişləndirən investisiya tərəfdaşı kimi çıxış edir. Türkiyə, Serbiya və İtaliyada həyata keçirilən layihələr, neftayırma və elektrik istehsalı sahəsində əldə olunan aktivlər ölkəmizin enerji təhlükəsizliyinə töhfəsinin coğrafiyasını daha da genişləndirir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, tərəfdaş ölkələrin də dayanıqlı inkişafına mühüm töhfə verir. Bu siyasətin əsasında qarşılıqlı etimad, uzunmüddətli əməkdaşlıq və strateji baxış dayanır. Azərbaycan bundan sonra da həm ənənəvi enerji resursları, həm də bərpaolunan mənbələr üzrə qlobal təşəbbüslərin fəal iştirakçısı və etibarlı tərəfdaşı olacaq".

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
30
525.az

10Mənbələr