AZ

Krımda “S 400“ sistemlərinin bazası məhv edilib

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna müdafiəçiləri Krım və Donetsk bölgəsinin bir hissəsində Rusiya mövqelərinə uğurlu zərbələr endiriblər. 

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin “Telegram”dakı açıqlamasında bildirilib.

Bəyanatda deyilir: “Xüsusi Əməliyyat Qüvvələrinin ön zərbə bölmələri müvəqqəti işğal olunmuş Ukrayna ərazilərində düşmən qüvvələrinin “qan damarını” məhv etməyə davam edir”.

Xüsusilə, son günlərdə Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri düşmənin dəstək obyektlərinə qarşı bir sıra yüksək dəqiqlikli zərbələr endiriblər. “Nəticədə, Krımın işğal olunmuş Orlovka şəhərində “S-400” hava hücumundan müdafiə raket sisteminin yerləşdirilməsi ərazisi, eləcə də Mariupol və Donetskdə üç yanacaq-sürtkü anbarı məhv edilib. Həmçinin Amvrosivkada isə logistika anbarı məhv edilib”, - deyə açıqlamada bildirilir.

Məlumatda qeyd ediilir ki, Donetsk vilayətinin Zaçatovka şəhərində düşmənin təmir və bərpa bölməsi də sıradan çıxarılıb.

V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
reyting.az

1Mənbələr