AZ

“Zəfər Yurdu ilə Zərif Nəğmələr” adlı konsert proqramı keçirilib FOTO

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

4 mart Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Zəfər Yurdu ilə Zərif Nəğmələr" adlı konsert proqramı keçirilib.Konsert proqramında "Zəfər Yurdu" ansamblının ifasında muğam sənəti ilə klassik vokal ifaçılığının vəhdətini əks etdirən milli və dünya musiqi xəzinəsindən seçilmiş nümunələr təqdim olunub.Tədbir çərçivəsində səsləndirilən musiqi əsərləri tamaşaçılara zəngin və rəngarəng musiqi palitrası təqdim edərək konsertə xüsusi bədii ovqat bəxş edib. Yüksək peşəkarlıqla təqdim edilən konsert proqramı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
news.milli.az

2Mənbələr