AZ

Bakı və Daşkənd peyk monitorinqi üzrə layihələrə dair razılığa gəliblər

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycan Respublikası Kosmik Agentliyinin (“Azərkosmos”) nümayəndələrinin Özbəkistanın Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi (“Uzbekkosmos”) yanında Kosmik Monitorinq və Geoinformasiya Texnologiyaları Mərkəzinin əməkdaşları ilə görüşü çərçivəsində Daşkənddə müşavirə keçirilib.

AZƏRTAC Mərkəzə istinadla xəbər verir ki, görüş zamanı Yerin müşahidəsi, peyk monitorinqi və geoinformasiya sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Kosmik Monitorinq və Geoinformasiya Texnologiyaları Mərkəzinin nümayəndələri 2025-ci ildə görülmüş işlərin nəticələrini, o cümlədən kosmik monitorinq, peyk məlumatlarının emalı və geoməkan məhsullarının hazırlanması ilə bağlı layihələri təqdim ediblər.

Tərəflər cari fəaliyyətləri və texniki imkanları barədə məlumat mübadiləsi aparıb, həmçinin gələcək əməkdaşlıq üçün potensial istiqamətləri müzakirə ediblər.

Görüşün sonunda tərəflər cari ildə “Azərkosmos” və “Uzbekkosmos” agentlikləri arasında əməkdaşlığın praktik və əhəmiyyətli nəticəsi olacaq, həmçinin iki ölkə arasında peşəkar əməkdaşlığın və bilik mübadiləsinin daha da möhkəmlənməsinə töhfə verəcək birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
azertag.az

1Mənbələr