AZ

Amerikalı ekspert: Xocalı bu gün sülh və birgəyaşayış ideallarını qorumağa çalışan şəhər kimi yenidən formalaşır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 5 mart, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalının bərpası və onun nəqliyyat infrastrukturunun yenidən qurulması çox sürətlə irəliləyir. Azərbaycan Hökuməti səmərəli və fəal iqtisadi diplomatiya siyasəti həyata keçirir və bu siyasət Qarabağın və Şərqi Zəngəzurun beynəlxalq səviyyədə geosiyasi əhəmiyyətini daha da gücləndirəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase söyləyib.

O bildirib ki, Xocalı bu gün həm soyqırımının ağrılı tarixini simvolizə edən, həm də xalqlar arasında sülh və birgəyaşayış ideallarını qorumağa çalışan millətin gücünü göstərən şəhər kimi yenidən formalaşır. Eyni zamanda, burada gələcəyin şəhərlərinə uyğun müasir urbanistik məkanların və inkişaf etmiş şəhər infrastrukturlarının qurulması istiqamətində böyük bir baxış formalaşdırılır.

“Azərbaycan sabitlik yayan və məqsədyönlü siyasət yürüdən bir dövlət kimi beynəlxalq səviyyədə öz mövqeyini möhkəmləndirib. Prezident İlham Əliyev ölkəni təsirli inkişaf yoluna istiqamətləndirərək iqtisadi diplomatiyanın əsas sütunlarını gücləndirən aktiv dövlət idarəçiliyi modelini formalaşdırıb. Bu kontekstdə Xocalı Azərbaycanın milli dirçəlişinin və vətənpərvərlik səylərinin zirvəsində dayanan mühüm simvollardan biri kimi ön plana çıxır”, - deyə amerikalı ekspert əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
1
azertag.az

2Mənbələr