“Arsenal” klubunda standart vəziyyətlər üzrə məşqçi Nikolas Yoverin müqaviləsində xüsusi bonus maddəsinin olduğu üzə çıxıb.
Fanat.Az xəbər verir ki, fransız mütəxəssisin qazancı komandaya künc və digər standart vəziyyətlərdən vurulan qollarla birbaşa əlaqəlidir.
Bu mövsüm “Arsenal” İngiltərə Premyer Liqasında 9 dəfə künc zərbəsindən hesabı 1:0 edib ki, bu da bir mövsüm üçün ən yüksək göstəricilərdən biridir.
London təmsilçisi ümumilikdə standart vəziyyətlərdən 16 qol vurub. Statistik göstəricilər komandanın bu komponent üzərində xüsusi çalışdığını təsdiqləyir.
Nikolas Yoverin işi artıq nəticəsini verməkdədir və bu sahədə “Arsenal” liqanın ən təhlükəli komandalarından biri sayılır.