AZ

İran hakimiyyəti özünün gerçək mahiyyətini bir daha ortaya qoydu



"Naxçıvana dron hücumu ilə İran hakimiyyəti özünün gerçək mahiyyətini bir daha ortaya qoydu. Müstəqilliyimizi qazandığımız ilk illərdən İran üzdə bizə qarşı özünü dost kimi göstərsə də, əslində bu ölkə Ermənistanın yaşaması üçün həyat mənbəyi olub. Torpaqlarımızın 30 -ilə yaxın bir zamanda işğal altında qalmasında İranın Ermənistana verdiyi dəstək inkar olunmazdır. Zamanında Ermənistana peşkəş verilən silah, yanacaq, qaz, ərzaq məhsulları idi bu ölkəni ayaqda tutan".

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, öncə Türkiyəyə, sonra Azərbaycana qarşı həyata keçirilən dron zərbələrinə veriləcək heç bir izah İran hakimiyyətinin əsl mahiyyətini gizlədə bilməyəcəkdir:

"Ancaq bu addımı ilə İran sadəcə Azərbaycana deyil, eyni zamanda öz ayaqlarına silah sıxmış oldu. Xain zərbələri ilə İran bitərəfliliyini qoruyub saxlamağa çalışan milyonlarla Azərbaycan vətəndaşı ilə birlikdə bu ölkədə yaşayan on milyonlarla azərbaycanlının milli heysiyyətinə toxundu. Milli məsələlərdə nə qədər prinsipial olduğumuzu isə hərb və diplomatiya meydanında dəfələrlə nümayiş etdirmişik".

Elçin Ağamalı qeyd edib ki, tarix nəticə çıxarılması üçün əhəmiyyətli faktordur:

"Təəssüf ki, İran hakimiyyəti Azərbaycanın 2020- ci ildəki hərbi uğurlarından özü üçün nəticələr çıxarmayıb. Ancaq Ali Baş Komandanın Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, dövlətimiz hər bir xarici təcavüzə qarşı qətiyyətli addımlar atmaq gücünə malikdir. Azərbaycanın belə bir addım atacağı təqdirdə isə itirən İran hakimiyyəti deyil, İran coğrafiyası olacaqdır".

Süleyman
Seçilən
125
1
newscenter.az

2Mənbələr