Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyada həbsxanalarda olan məhbusların sayı tarixi minimum səviyyəyə enib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Ali Məhkəməsinin sədr müavini Vladimir Davıdov danışıb. O bildirib ki, ölkədə cəza koloniyalarında hazırda 219 min nəfər, müvəqqəti istintaq təcridxanalarında (SİZO) isə 89 min nəfər saxlanılır.
Davıdov qeyd edib ki, məhbus sayındakı azalma cinayət qanunvericiliyinin və məhkəmə praktikasının “insaniləşdirilməsi” siyasəti nəticəsində baş verib. Yeni Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəllənin 2001-ci ildə qüvvəyə minməsindən sonra bu istiqamətdə islahatlara start verilib.
Rəqəmlər azalmaların miqyasını açıq göstərir:
2001-ci ildə ümumi məhbus sayı təxminən 1,6 milyon idi.
2013-cü ildə bu rəqəm 700 minə qədər azaldı
2026-cı ildə cəza koloniyalarında 219 min, SİZO-larda isə 89 min nəfər var
Son 25 ildə həbs cəzasının bütün cəzalar içində payı da ciddi şəkildə azalıb. Davıdovun sözlərinə görə, bu göstərici 40 faizdən 26 faizə enib.
Hazırda Rusiyada hər 100 min nəfərə 209 məhbus düşür. Bu, postsovet dövrünün ən aşağı göstəricisi kimi qeyd olunur.
Rusiyanın Baş prokuroru İgor Krasnov tərəfindən ölkə Prezidenti Vladimir Putinə təqdim olunan hesabata görə, 2025-ci ildə də cinayət ədalət sistemində “insaniləşdirmə” meyili davam edib. Məhkum edilənlərin yalnız 26 faizinə (təxminən 125 min nəfərə) real həbs cəzası verilib, 320 min nəfərə isə alternativ sanksiyalar tətbiq olunub.
Alternativ sanksiyalara pul cəriməsi, ictimai işlər, islah işləri və şərti azadlıq (probasiya) kimi tədbirlər daxildir.
Ekspertlərin fikrincə, cinayət sistemindəki bu siyasətin arxasında bir neçə əsas faktor dayanır.
1.Həbsxanalarda həddindən artıq sıxlığın qarşısını almaq 2000-ci illərin əvvəllərində həbsxanalar normadan çox məhbus saxlayırdı.
2.Beynəlxalq standartlara uyğunlaşmaAvropa Şurası və digər beynəlxalq təşkilatların tələbləri var.
3. İqtisadi amillər Məhbusların dövlət üçün maliyyə yükü və işçi qüvvəsinin itirilməsi bura daxildir.
4.Yüngül cinayətlər üçün alternativ cəzaların effektivliyi Qısamüddətli həbs cəzalarının reabilitasiya baxımından zəif təsiri də diqqətə alınır.
Rusiyada hər 100 min nəfərə 209 məhbus düşür. Bu göstərici dünya ortalamasından (təxminən 145) yüksək olsa da, ABŞ kimi ölkələrlə müqayisədə xeyli aşağıdır (təxminən 530). Avropa ölkələrində isə bu göstərici orta hesabla 100–150 arasında dəyişir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.