AZ

Yaşar Gülər Zakir Həsənovla İranın Naxçıvana hücumunu müzakirə etdi

Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülərin təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirlib ki, tərəflər arasında İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları müzakirə olunub.

Seçilən
95
publika.az

1Mənbələr