AZ

Şabranda Şahmat məktəbinin ərazisi satılıb, özünü isə viran qoyublar

 

5 Mart -Bədən tərbiyəsi və idman günü münasibətilə rayonmuzun bütün idmançıları, məşqçilərni və idman ictimaiyyətini təbrik edirik.

Rayonmuzun "Şahmat ailəsini" və rayonmuzun idman ictimaiyyətini ciddi narahat edən məsələlər biri "Rayon Şahmat məktəbinin 10 ildir ki, Quba-Xaçmaz Regional Təhsil idarəsinin Şabran rayon Təhsil Sektorunun müdiri Emin Mövsümov tərəfindən fəaliyyətinin saxlanılmasıdır.

Ulu öndərimiz Heydər Əliyev demişdir: "Kim ki,idmana idmançıya dəstək olur, o sanki mənə dəstək olur, kim ki, idmana, idmançıya mane olur, o, sanki mənə mane olur".

Şabran (Dəvəçi) rayon Şahmat məktəbi 1986-cı il
avqust ayında müasir tələblərə uyğun tikilib, Azərbaycan Təhsil Nazirliyinin balansına verilmişdir. İlk direktor da mən (Zeynal Zeynalov) təyin edilmişdim. Məktəbin ərazisi həmin ildə yarım hektar olmuş, məktəbin binası 350 kv.m, 4 sinif otağı, 1 foye və 150 nəfərlik yarış zalı yeniyetmə gənc şahmatçılarmızın istifadəsinə verilmişdir.

Hazırda bu günə qədər məktəbin torpaq ərazisi 15 sot qalıb. Ərazisində olmuş torpaqlar Şabran rayon icra hakimiyyətinin və Təhsil Sektorunun müdiri Emin Mövsümov göstərişinə əsasən ayrı-ayrı dövlət qurumlarına verilmişdir. Ulu öndərimiz Heydər Əliyevin xüsusi sərəncamına əsasən bütün regionlarında Şahmat məktəbi tikilib istifadəyə verilməlidir. 1986-cı ilin avqust ayında Şahmat Məktəbin açılışında (ANK-nin sədri Həsən Həsənov, Respublika Şahmat məktəbinin direktoru Çapay Sultanov və 13-cü Dunya çempionu Harri Kasparovun məşqçisi Aleksandr Aslanov) digər rəsmi qonaqlar iştirak etmişlər.

Lakin, 2016-cı il may ayında Şabran rayon icra hakimiyyəti tərəfindən fəaliyyət göstərən Şahmat məktəbi əsaslı təmir adı ilə təcili bağlanmışdır. Sonra aydın olmuşdur ki, yuxarı dövlət qurumlarının razılığı əsasında Təhsil Sektorunun müdiri Emin Mövsümovun fəaliyyəti nəticəsində rayon və regional mühasibatlığın balansından silinib,özəlləşdirilib.

"Təhsil haqqında "Azərbaycan Respublikası qanuna əsasən dövlət mülkiyyətində olan Təhsil müəssisəsinin özəlləşdirilməsi qadağandır, icarə verilə bilməz.Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Şahmat məktəbmiz hansısa sahibkara verilə bilməz ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019- ci il 27 dekabrda 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə ("Olimpiya dünyası" qəzeti) qeyd etmişdir ki, Şahmat çox populyar idman növüdür, uşaqların və insanların intellektual potensialını gücləndirir. Respublikada əksər şahmat məktəblərinin açılışında olmuşam,əfsuslar olsun ki,1990 -1993 ci illərdə bir çox şahmat məktəblərin təyinatı dəyişdirilmiş binaları özəlləşdirilmiş və ticarət obyektləri açılmışdır. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə qayıdışından sonra şahmat məktəblərinin açılması prosesi geniş vüsət almışdır.

Bu barədə Elm və Təhsil Nazirliyi, MUTDA və Quba - Xaçmaz Regional Təhsil idarəsinə müraciətlər olunsada nəticəsi olmayıb, aydınlıq gətirilməyib məlumatları da olsa. Bu işlə hörmət etdiymiz ağsaqqalmız Elm və Təhsil Nazirliyinin müavini Firudin Qurbanov və əməkdaşları nəzarət etsə də nəticəsi olmadı münasibət göstərlmədi.

İnanırdıq ki, Quba-Xaçmaz Regional Təhsil idarəsi Təhsil sektorunun müdiri Emin Mövsümov rayonmuzun Şahmat məktəbini əsaslı təmir edib yeniyetmə və gənclərimizin istifadəsinə veriləcəkdir, təssüflər olsun...

Şahmat məktəbinin şəkillərinə nəzər salsanız hər şey göz qabağındadır. Emin Mövsümov və yaxın ətrafı yaxşı bilir ki, Şahmat məktəbini hansı formada özəlləşdiriblər.

Bizə dəstək olan təkcə, hörmətli Milli Məclisin üzvü Mahir Süleymanova təşəkkürmüzü bildiririk ki, Şahmat məktəbi haqqında öz münasibətini dövlət qurumları qarşısında bildirib.

Qeyd edirik ki, Şahmat məktəbi haqqında materiallar tərəfimizdən hüquq mühafizə orqanlarına elektron variantda göndəriləcəkdir.

Zeynalov Zeynal Kamal

Azərbaycanın əməkdar məşqçi və fəxri bədən tərbiyəsi və idman işçisi. "Azərbaycan Kyokushinkan Ciyutaido" idman növü üzrə və rayon idman veteranlar şurasının sədri. Şabran rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü






 
Seçilən
36
azreform.info

1Mənbələr