AZ

İndiki dövrdə Donald Trampın yerində Co Bayden və ya Barak Obama olsaydı, onlar da İrana qarşı cəbhə açacaqdı

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kamala Harris bildirib ki, Donald Trampın qərarları ABŞ-ı Amerika xalqının istəmədiyi bir müharibəyə sürükləyib. O, bu cür addımların ölkəni lazımsız hərbi qarşıdurmaya apardığını və bunun milli maraqlara xidmət etmədiyini vurğulayıb.Bu açıqlama daxili siyasi mübarizənin tərkib hissəsidir, yoxsa real təhlükəsizlik narahatlığından qaynaqlanır?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın İrana həyata keçirdiyi müharibə fonunda Kamala Haris “Donald Tramp bizi, Amerika xalqını istəmədiyi müharibəyə sürüklədi” deyir: “Donald Tramp da Co Bayden haqqında belə demişdi ki, “biz Amerika xalqı Rusiya Ukrayna müharibəsini istəmirdi. Bayden məhz bu müharibəyə sürüklədi”. Göründüyü kimi mahiyyət eynidir və proseslər məhz Amerikanın dövlət siyasətindən asılıdır”.

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə Donald Trampın Amerika xalqını müharibəyə sürüklədiyini düşünmür. Politoloqun fikrincə, son hadisə sadəcə olaraq geopolitik qarşıdurmadır: “Amerika Birləşmiş Ştatları öz beynəlxalq mövqeyini gücləndirmək, təkqütblü dünya quraraq, burada Rusiya, Çin, İran birliyini tamamilə darmadağın edir və öz beynəlxalq rolunu inkişaf etdirir. Proses bundan ibarətdir. Əgər indiki dövrdə Co Bayden və ya Obama olsaydı, onlar da İrana qarşı cəbhə açacaqdı. Sadəcə olaraq Amerika müəyyən dərəcədə bu məsələdə tələsdi, Netanyahunun avantürasına getdi. Daha çox yumşaq güc ilə və yaxud müəyyən lokal hərbi əməliyyatlarla da bunu həyata keçirə bilərdi. Amma İsrailin baş nazirin təkidi ilə artıq bu regional müharibə güclənir”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
120
bizimyol.info

1Mənbələr