Bakı. Trend:
Niderlandın "ING Group" bank qrupu 2028-ci ilə qədər "Brent"markalı neftin və "Dutch TTF" təbii qazının qiymətləri üzrəyenilənmiş proqnozunu dərc edib.
Trend xəbər verirki, analitiklərin qiymətləndirməsinə görə, 2026-cı ildə "Brent"markalı neftin orta illik qiyməti bir barel üçün 68 ABŞ dolları,"Dutch TTF" üzrə isə bir meqavat-saat üçün 32 avro təşkil edəcək.2027-ci ildə isə Brent neftinin və Dutch TTF təbii qazının ortaillik qiymətlərinin müvafiq olaraq bir barel üçün 62 ABŞ dolları vəbir meqavat-saat üçün 26 avroya çatacağı gözlənilir.
Xüsusilə, 2026-cı ilin birinci rübündə Brent neftinin qiymətibir barel üçün 72 dollar, ikinci rübdə 71 dollar, üçüncü rübdə 68dollar, dördüncü rübdə isə 62 dollar səviyyəsindəproqnozlaşdırılır. "Dutch TTF" üzrə isə 2026-cı ilin birincirübündə qiymətlərin bir meqavat-saat üçün 37 avro, ikinci rübdə 31avro, üçüncü rübdə 28 avro, dördüncü rübdə isə 30 avro olacağıgözlənilir.
2027-ci ilin birinci rübündə "Brent" neftinin qiymətinin birbarel üçün 58 dollar, ikinci rübdə 60 dollar, üçüncü rübdə 66dollar, dördüncü rübdə isə 63 dollar olacağı proqnozlaşdırılır.Dutch TTF üzrə isə 2027-ci ilin birinci rübündə qiymətlərin birmeqavat-saat üçün 30 avro, ikinci və üçüncü rüblərdə 24 avro,dördüncü rübdə isə 27 avro təşkil edəcəyi gözlənilir.