AZ

Azyaşlıların şəxsiyyətinin açıqlanması qadağan edilə bilər

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 222.7-ci maddəsinə və Media haqqında Qanun (Azərbaycan)un 15.1.5-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur.

Gununsesi.info xəbər verir ki, dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması istisna halları göstərilmədən qadağan ediləcək.

Təklif edilən dəyişikliklərin məqsədi azyaşlıların şəxsi həyatının qorunması və onların hüquqlarının daha etibarlı şəkildə təmin edilməsidir. Qeyd olunur ki, yeni yanaşma mediada və ictimai məlumatlandırmada yetkinlik yaşına çatmayan şəxslərin identifikasiyasına imkan verən məlumatların yayılmasının qarşısını almağa yönəlib.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
icma.az

1Mənbələr