AZ

AB 2040-cı ilə qədər istixana qazı tullantılarını 90 faiz azaldacaq



Avropa Birliyi (AB) ölkələri 2040-cı ilə qədər emissiyaların 90 faiz azaldılmasını təsdiqləyiblər.Aİ Şurası üzv dövlətlərin nümayəndələrinin Birliyin 2040-cı il iqlim hədəfini rəsmi olaraq təsdiqlədiyini açıqladı.

Bəyanatda qeyd olunur ki, üzv dövlətlər 1990-cı il səviyyələri ilə müqayisədə 2040-cı ilə qədər xalis istixana qazı tullantılarının 90% azaldılması üçün məcburi bir hədəf tətbiq etmək məqsədilə Avropa iqlim qanunvericiliyində dəyişiklik etmək barədə razılığa gəliblər.
Bəyanatda qeyd olunur ki, yeni addım AB-nin 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq kimi uzunmüddətli məqsədinə uyğundur və 2036-cı ildən etibarən AB ölkələri xalis emissiyalarının 5%-nə bərabər beynəlxalq karbon kreditlərindən istifadə edə biləcəklər.

Bəyanatda həmçinin qeyd olunur ki, AB rəqabət qabiliyyətini qorumaq və balanslı keçidi təmin etmək üçün üzv dövlətlərə müxtəlif çevikliklər təklif edəcək.

Hazırda AB 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyələri ilə müqayisədə 55% azaltmağı və 2050-ci ilə qədər xalis sıfır emissiyaya və iqlim neytrallığına nail olmağı hədəfləyir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
133
aia.az

1Mənbələr