AZ

Fransa Naxçıvan Hava Limanına İran dronlarının hücumunu pisləyib

Bakı. Trend:

Fransa Naxçıvan Beynəlxalq Hava Limanına İran dronlarınınhücumunu pisləyib.

Trend xəbər verir ki, bu barədəFransanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabındaməlumat yayılıb.

“Fransa bu səhər Azərbaycanda Naxçıvan Beynəlxalq Hava Limanınayönəlmiş İran dronlarının hücumunu ən qəti şəkildə pisləyir. Fransahücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasınıarzulayır", - məlumatda qeyd olunur.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Seçilən
39
4
az.trend.az

10Mənbələr