AZ

80 yaşlı qadın 14 qızıl külçəni dələduzlara VERDİ

Moskvada pensiyaçı qadın 14 qızıl külçəni fırıldaqçılara verib

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Moskvada 80 yaşlı qadın fırıldaqçıların toruna düşərək külli miqdarda vəsaitindən məhrum olub. Hadisə paytaxt sakininin saxtakar şəxslərin psixoloji təzyiqinə məruz qalması nəticəsində baş verib.

Cinayətkarlar yaşlı qadını inandırıblar ki, pensiyasını və illərlə topladığı yığımlarını inflyasiyadan və digər risklərdən qorumaq üçün təcili olaraq qızıl külçələr satın almalıdır.

Təsir altına düşən pensiyaçı ümumi dəyəri 7 milyon rubl (təxminən 153 000 manat) olan 14 ədəd qızıl külçə alıb.

Daha sonra fırıldaqçılar qadına “vəsaitlərin saxlanılması və təhlükəsizliyi” bəhanəsi ilə həmin qızılları kuryerə təhvil verməsini tapşırıblar.

Aldadıldığını gec anlayan zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda faktla bağlı cinayət işi başlanıb, şübhəli şəxslərin yerinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
140
interpress.az

1Mənbələr