AZ

İran Azərbaycana hücum edib, yaralılar varVİDEO

Bu gün İran Naxçıvana dronlarla zərbələr endirib.

Xezerxeber.az-ın məlumatına görə, dronlardan biri Naxçıvan aeroportunun terminallarından birinə, biri isə Şəkərabad kənd məktəbinin yaxınlığına düşüb.

Zərbədən sonra hava limanının binasına zərər dəyib. Eyni zamanda dron zərbələri nəticəsində terminalda dağıntılar qeydə alınıb. Dronun qalıqları hava limanının uçuş-eniş zolağına düşüb, bir neçə yerdə asfalt örtüyü zədələnib.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində mülki infrastruktur obyektinə, yəni Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasına və işinə əhəmiyyətli ziyan vurulub, eləcə də hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki təyyarə havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub. Hücumlar nəticəsində Naxçıvan Hava Limanında 4 nəfər xəsarət alıb.

Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili yardım şöbəsinə 4 nəfər müraciət edib. 2 nəfər barotravma alıb, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.

Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ibtidai araşdırmanın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə hadisə yerinə baxış keçirilib, maddi sübutlar toplanıb, zərərçəkmiş şəxslərin və şahidlərin ilkin ifadələri alınıb, eləcə də, müvafiq ekspertizalar təyin edilməklə çoxsaylı istintaq hərəkətəri icra olunur.

Bundan başqa, PUA-ların mənşəyi və idarəetmə marşrutu üzrə texniki araşdırmalar da aparılır. İbtidai istintaq çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücumun bütün halları obyektiv, tam və hərtərəfli şəkildə araşdırılacaq, təqsirli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin icrası təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
117
xezerxeber.az

1Mənbələr