AZ

Tramp müttəfiqlərinə qarşı sərt açıqlamalar səsləndirib » AzadMedia.az

Tramp


ABŞ prezidenti Donald Tramp müttəfiqlərinə qarşı sərt tənqidlər səsləndirib. O, “The New York Post” qəzetinə telefon müsahibəsində İspaniyanı “uduzan ölkə” adlandırıb, Böyük Britaniyanın baş naziri Kir Starmeri isə məşhur britaniyalı lider Uinston Çörçill səviyyəsində olmadığını bildirib.

Trampın sözlərinə görə, NATO daxilində bəzi müttəfiqlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər. O, xüsusilə İspaniyanın alyans çərçivəsində müdafiə xərclərinin ÜDM-in 5 faizi səviyyəsinə çatdırılması təşəbbüsünə qarşı çıxmasını tənqid edib.

ABŞ prezidenti bildirib ki, İspaniya NATO-da “komanda oyunçusu” kimi davranmır və Vaşinqton da bu münasibətə eyni şəkildə cavab verə bilər.

Tramp Böyük Britaniya hökumətindən də narazılığını ifadə edib. Onun sözlərinə görə, London ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Amerika qüvvələrinə Britaniya hərbi bazalarından istifadə etməyə icazə verməyib.

ABŞ lideri bu mövqeni “böyük məyusluq” adlandırıb və bildirib ki, Vaşinqton Böyük Britaniya kimi yaxın müttəfiqdən daha açıq dəstək gözləyirdi.

“Starmer Uinston Çörçill deyil. Açıq deyim ki, onun mövqeyi bizi çox məyus etdi”, – deyə Tramp vurğulayıb.

Seçilən
99
1
azadmedia.az

2Mənbələr