AZ

"IRIS Dena" freqatına hücum zamanı 100-dən çox iranlı dənizçi həlak olub

Hind okeanında İran Hərbi Dəniz Qüvvələrinə məxsus "IRIS Dena" freqatına edilən hücum nəticəsində 100-dən çox dənizçi həyatını itirib.

Far.Az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, gəmi Hindistana dostluq səfəri çərçivəsində yola düşmüşdü və göyərtəsində 130 nəfər heyət üzvü var idi.

Bildirilir ki, freqat İran sahillərindən təxminən 2 min mil uzaqlıqda, beynəlxalq sularda ABŞ-yə məxsus sualtı qayıq tərəfindən xəbərdarlıq edilmədən torpedo ilə vurularaq batırılıb.

Hadisənin martın 4-də baş verdiyi qeyd olunur. ABŞ Müdafiə Nazirliyi də açıqlamasında sualtı qayığın gəmiyə torpedo atdığını təsdiqləyib.

Seçilən
19
1
far.az

2Mənbələr