AZ

Nikoloz Samxaradze: Son 30 ildə Gürcüstanla Azərbaycan arasında nümunəvi əməkdaşlıq yaranıb

Tbilisi, 5 mart, AZƏRTAC

“Son 30 ildə Gürcüstanla Azərbaycan arasında nümunəvi əməkdaşlıq yaranıb, qarşılıqlı faydalı tərəfdaşlıq qurulub”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-də keçirilən Suveren Millətlər Alyansı Konfransında panel müzakirədə Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze söyləyib.

Onun sözlərinə görə, Azərbaycan heç vaxt enerjidən Gürcüstana qarşı silah kimi istifadə etməyib. Ötən əsrin 1990-cı illərində Gürcüstanın enerji təchizatında yarana fasilələr Azərbaycan tərəfindən həll olundu.

“Xoşbəxtlikdən bizim Azərbaycan kimi əla qonşumuz var və Azərbaycan bizim problemin həllində mühüm rol oynadı. 1990-cı illərin sonlarında Gürcüstan və Azərbaycan prezidentləri qüvvələri birləşdirmək qərarına gəldilər. Azərbaycan Xəzər dənizində hasil etdiyi nefti Gürcüstandan keçməklə xaricə ixrac etdi. Son 30 ildə Gürcüstanla Azərbaycan arasında nümunəvi əməkdaşlığın şahidiyik. Deyə bilmərik ki, Azərbaycandan asılıyıq. Çünki Azərbaycan heç vaxt enerjidən Gürcüstana qarşı silah kimi istifadə etməyib. Əksinə, biz qarşılıqlı faydalı tərəfdaşlıq yaratmışıq” - deyə, Samxaradze vurğulayıb.

Komitə sədri deyib ki, hazırda Rumıniya Macarıstan və Azərbaycanla çox vacib bir layihə üzərində iş aparılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
80
azertag.az

1Mənbələr