AZ

Türkiyə kəşfiyyatı bu ölkədə əməliyyat keçirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının fəaliyyəti nəticəsində Suriyanın paytaxtı Dəməşqdə təxribat aktları törətməyə hazırlaşan İŞİD terror təşkilatı ilə əlaqəli qrup zərərsizləşdirilib. Metbuat.az xəbər verir ki, bu barədə “Trthaber” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı əldə etdiyi kəşfiyyat məlumatlarını Suriya Daxili Təhlükəsizlik Xidməti Komandanlığı və Suriya Baş Kəşfiyyat Xidməti ilə bölüşüb. Qruplaşmanı faəliyyətini izləyən Suriya kəşfiyyatı onların yerlərini müəyyən edib.

Basqın nəticəsində İŞİD üzvləri Ömər Haşim, Məhəmməd Həmid və Hüseyn Xələf nəzarətə alınıb. Həmçinin əməliyyat nəticəsində əhəmiyyətli dağıntılara səbəb ola biləcək çoxlu miqdarda partlayıcı bomba tapılıb.

Seçilən
80
metbuat.az

1Mənbələr