AZ

“Xətrinizə dəyən olsa, mənə “TikTok”da yazın” – Lukaşenko qadınlara SƏSLƏNDİ – VİDEO

Belarus Prezidenti “TikTok”da qadınların şikayətinə baxacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko qadınlara maraqlı müraciət ünvanlayıb.

O, bayram günlərində hər hansı kişi tərəfindən incidilən və ya xətrinə dəyilən qadınlara birbaşa ona müraciət etməyi təklif edib.

Dövlət başçısı bildirib ki, qadınlar şikayətlərini onun “TikTok” hesabına yaza bilərlər.

Prezident hər gün sözügedən sosial şəbəkədəki mesajları şəxsən oxuduğunu etiraf edib.

Lukaşenko vurğulayıb ki, daxil olan hər bir müraciətə mütləq şəkildə reaksiya verəcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
94
interpress.az

1Mənbələr