AZ

Ziyafət Əsgərov: İran tərəfindən ölkəmizə qarşı həmişə düşmən münasibət olub

Azərbaycan ərazisinə, Naxçıvana İran tərəfindən dron hücumunu qəti şəkildə qınayır və pisləyirik. Bu addım beynəlxalq hüquq və qonşuluq prinsiplərinə ziddir. Azərbaycan həmişə qonşu dövlətlərlə mehriban dostluq münasibətləri saxlamağın tərəfdarı olub. İranla da həmişə normal qonşuluq münasibətləri saxlanılıb. Amma buna baxmayaraq İran tərəfindən ölkəmizə qarşı həmişə düşmənçilik hərəkətləri olub.

Bu sözləri Teleqraf-a Milli Məclisin sədr müavini Ziyafət Əsgərov İranın Azərbaycana qarşı hərbi təxribatını şərh edərkən deyib.

O qeyd edib ki, İranın düşmənçilik hərəkətləri indi də, II Qarabağ müharibəsindən əvvəl və sonra da özünü göstərib:

“İran Azərbaycana qarşı həmişə xəyanətkar siyasət yeridib. Bunu etiraf etmək lazımdır. Faktiki olaraq İranın indiki durumunda Azərbaycan Prezidenti İranın ali dini liderinin ölümü ilə bağlı səfirliyə gedərək başsağlığı verir. Bunlar isə onun əvəzində heç bir hərbi zərurət olmadan Naxçıvan aeroportunu dronlarla vurur. Eyni zamanda Naxçıvanda uşaqların təhsil aldığı məktəb də İran tərəfindən dron hücumuna məruz qalır. Bu nə deməkdir? Bu Azərbaycana qarşı nə münasibətdir? Azərbaycan sizə hansı münasibəti göstərir, siz hansı münasibəti göstərirsiniz? Sözsüz ki, bu Azərbaycana qarşı xəyanətdir”.

Sədr müavini Azərbaycan tərəfinin öz ərazisindən İrana qarşı hər hansı bir üçüncü dövlətin istifadə etməsinə imkan verməyəcəyi ilə bağlı dövlət başçısı, xarici işlər naziri və digərsəviyyələrdə bəyanatın verildiyini bildirib: “Bunu bilə-bilə, Azərbaycandan bu zəmanəti aldıqları halda ölkəmizə qarşı terror aktını həyata keçirməkdə məqsəd nədir? Sual olunur ki, niyə belə edirsiniz? Sizin qarnınızın ağrısı nədir? Niyə, Azərbaycanın müstəqil dövlət siyasəti aparmasını qəbul edə bilmirsiniz? Onlar Azərbaycanın uğurlarını ona görə qəbul etmirlər ki, ölkəmiz inkişaf etdikcə İranda qaranlıq artır. Bu gün İranın bütün vətəndaşları, o cümlədən orada yaşayan azərbaycanlılar görürlər və hakimiyyətlərinə sual verirlər ki, necə olur 30 il müharibə şəraitində yaşayan Azərbaycan müharibədən sonra dirçəlir, erməni vəhşiləri tərəfindən dağıdılanQarabağı dirçəldir, siz isə İranı günü-gündən geriyə aparırsınız? Əgər, İranın ABŞ və İsraillə problemi varsa, bunu Azərbaycana nə aidiyyatı var? Onlar gedib öz problemlərini həll etsinlər. 30 il ərzində İran Azərbaycana nə qədər xəyanətlər edib, təxribatlar törədib. Amma buna baxmayaraq Azərbaycan dözdü və qonşuluq münasibətlərinə sadiqqaldı”.

Ziyafət Əsgərov Naxçıvan aeroportuna dronlarla hücumun İranın Azərbaycana qarşı birinci təxribatı olmadığını da vurğulayıb:

“Bir neçə il öncə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı həyata keçirildi. Özü də bu terror aktı İran dövləti tərəfindən edilmişdi. Amma buna baxmayaraq onlar heç bir tədbir görmək istəmirdilər. Azərbaycan dövlətinin təkidli tələbi nəticəsində axır ki, səfirliyə qarşı terror aktı həyata keçirən şəxslə bağlı edam hökmü icra edildi.

Ona görə də baş verənlər fonunda Azərbaycanın və İranın münasibəti bir daha ortaya çıxır. Yəni, bu dövlət Azərbaycanın inkişafını, suverenliyini müstəqil siyasət aparmasını qəbul etmir. Ona görə də bu cür təxribat və terror aktları həyata keçirməklə məşğuldur. Amma İran tərəfi bilməlidir ki, Azərbaycanda “Dəmir Yumruq” hər zaman öz yerindədir. Əgər, belə hallar təkrar olunarsa, Azərbaycan adekvat addımlar atmalı olacaq. Dövlətimizin tələbi odur ki, bu məsələ araşdırılsın, işin başında kim durub, o üzə çıxarılsın. Cinayəti, terror aktını kim törədibüzə çıxarılsın və Azərbaycan tərəfinə izahat verilsin”.

Seçilən
52
teleqraf.com

1Mənbələr