AZ

ABL: “Quba” “Sumqayıt”a, “Ordu” “Sərhədçi”yə uduzdu – ARENA.AZ

Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 18-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Quba” evdə “Sumqayıt”la üz-üzə gəlib. Quba Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb – 117:116.

Günün son matçı “Sərhədçi” İdman Mərkəzində “Sərhədçi” və “Ordu” arasında baş tutub. Görüş “Sərhədçi”nin 70:67 hesablı qələbəsi ilə nəticələnib.

Tura martın 8-də yekun vurulacaq.

A qrupu: Sabah – 33. Abşeron Lions – 32. Neftçi – 25. Gəncə – 25. NTD – 19. Şəki – 19.

B qrupu: Ordu – 34. Naxçıvan – 30. Sərhədçi – 25. Sumqayıt – 25. Quba – 24. Lənkəran – 21.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
21
7
arena.az

10Mənbələr