AZ

Qadın hüquqlarının qorunmasının hüquqi mexanizmləri

Yeniazerbaycan saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müasir cəmiyyətin inkişafında qadınların hüquqlarının qorunması və təmin olunması mühüm əhəmiyyət daşıyır. Qadın hüquqları insan hüquqlarının ayrılmaz tərkib hissəsidir və onların hüquqi əsaslarla qorunması demokratik dövlətin əsas göstəricilərindən biri hesab olunur. Tarix boyu qadınlar müxtəlif sosial, siyasi və iqtisadi sahələrdə müəyyən məhdudiyyətlərlə qarşılaşsalar da, zaman keçdikcə bu sahədə mühüm hüquqi islahatlar həyata keçirilmiş, qadınların hüquq və azadlıqları beynəlxalq və milli qanunvericilikdə öz əksini tapmışdır.

        Qadın hüquqlarının hüquqi əsasları ilk növbədə beynəlxalq hüquq normalarında təsbit olunmuşdur. Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən bir sıra sənədlər qadınların hüquqlarının müdafiəsində mühüm rol oynayır. Bu sənədlər qadınların kişi ilə bərabər hüquqlara malik olmasını, onların siyasi, sosial, iqtisadi və mədəni sahələrdə bərabər imkanlardan istifadə etməsini təmin etməyi qarşıya məqsəd qoyur. Xüsusilə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, onların təhsilə, əmək fəaliyyətinə və ictimai həyatda iştirakına bərabər imkanların yaradılması beynəlxalq hüququn əsas prinsiplərindən biri kimi qəbul edilmişdir. Qadın hüquqlarının qorunması sahəsində milli qanunvericilik də mühüm rol oynayır. Bir çox dövlətlərin konstitusiyalarında qadın və kişilərin bərabər hüquqlara malik olması açıq şəkildə təsbit edilmişdir. Bu hüquqi prinsiplər qadınların cəmiyyət həyatının bütün sahələrində fəal iştirakını təmin etmək məqsədi daşıyır. Qanunvericilik qadınların təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, mülkiyyətə sahib olmaq və ictimai-siyasi proseslərdə iştirak etmək kimi hüquqlarını təmin edir. Azərbaycan Respublikasında da qadın hüquqlarının qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Konstitusiyasında qadın və kişilərin bərabər hüquqlara malik olduğu təsbit edilmişdir. Bu prinsip cəmiyyətin bütün sahələrində gender bərabərliyinin təmin olunmasına hüquqi zəmin yaradır. Eyni zamanda qadınların hüquqlarının qorunmasına yönəlmiş müxtəlif qanunlar və dövlət proqramları qəbul edilmişdir. Bu hüquqi sənədlər qadınların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluq imkanlarının artırılması və ictimai həyatda fəallığının genişləndirilməsi məqsədi daşıyır.Qadın hüquqlarının hüquqi əsaslarının möhkəmləndirilməsi həm də gender bərabərliyi prinsipinin reallaşdırılmasına xidmət edir. Gender bərabərliyi yalnız hüquqi sənədlərdə deyil, həm də real həyatda öz əksini tapmalıdır. Bu baxımdan dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının və ictimai təşkilatların fəaliyyəti də mühüm rol oynayır. Maarifləndirmə tədbirləri, sosial layihələr və müxtəlif təşəbbüslər qadınların hüquqları barədə məlumatlılığın artmasına və bu hüquqların daha effektiv müdafiəsinə kömək edir.

  Bağırova Cəmilə

 YAP Ordubad rayon təşkilatı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
119
yeniazerbaycan.com

1Mənbələr