AZ

Messi karyerasında 178 ci dubluna imza atdı

ain.az, Qol.az saytına istinadən bildirir.

Messi karyerasında 178-ci dubluna imza atdı

Dünya futbolunun canlı əfsanəsi Lionel Messi məhsuldarlığı ilə azarkeşləri heyran etməkdə davam edir.

QOL.az xəbər verir ki, 38 yaşlı hücumçu MLS-in yeni mövsümündə ilk qollarını "Orlando Siti" ilə matçda (4:2) dubl etməklə rəsmiləşdirib.

Bu, argentinalı ulduzun karyerasında sayca 178-ci dublu olub. Messinin dubllarının böyük hissəsini "Barselona"da (137) qeydə alıb. O, Argentina millisində 14, PSJ-də isə 5 dəfə bir oyunda iki qol vurmağa nail olub. Hazırkı klubu "İnter Mayami"nin heyətinə üç ildən az müddət əvvəl qoşulmasına baxmayaraq Messi artıq 22-ci dəfə dubla imza atıb. Təcrübəli forvardın bütün peşəkar karyerası boyu vurduğu qolların ümumi sayı isə 898-ə çatıb.

Qeyd edək ki, Lionel Messinin 900 qolluq tarixi həddə çatmasına cəmi iki dəqiq zərbə qalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
184
5
qol.az

7Mənbələr