AZ

Tramp: İranın yeni liderinin seçilməsinə böyük təsirim olacaq

Tramp: İranın yeni liderinin seçilməsinə böyük təsirim olacaq

ABŞ Prezidenti Donald Tramp İranın yeni ali liderinin seçilməsi prosesinə birbaşa müdaxilə edəcəyini açıqlayıb.

AFN.az-ın xəbərinə görə, "Politico" qəzetinə müsahibə verən Ağ Ev rəhbəri bildirib ki, ABŞ bu prosesdə "böyük təsir" göstərməsə, hər hansı nizamlanmadan söhbət gedə bilməz. Trampın sözlərinə görə, Vaşinqton İranın gələcək rəhbərliyinin nüvə silahından imtina etməsini gözləyir və "yaxşı seçim" etmələri üçün rəsmi Tehranla işləmək niyyətindədir.

Prezident Tramp həmçinin, həlak olmuş ayətullah Əli Xameneyinin oğlu və bu posta ən real namizəd hesab olunan Müctəba Xameneyini sərt tənqid edərək, onu "səriştəsiz" adlandırıb. Xatırladaq ki, martın 4-də İranın Ekspertlər Şurası yeni ali liderin seçilməsi prosesinə başladıqlarını elan edib.

Seçilən
78
afn.az

1Mənbələr