AZ

Avropa İttifaqında terror təhlükəsi artıb – "Europol"dan xəbərdarlıq

Avropa İttifaqında terror təhlükəsi artıb – "Europol"dan xəbərdarlıq

ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar fonunda Avropa İttifaqı (Aİ) ərazisində terror təhlükəsi ən yüksək səviyyəyə qalxıb.

AFN.az xəbər verir ki, bu barədə Avropa Polis Agentliyi ("Europol") rəsmi məlumat yayıb. Qurumun nümayəndəsi Yan Op Gen Ort bildirib ki, hazırda ittifaq ölkələrində həm terror, həm də ekstremizm riski "artmış" statusunda qiymətləndirilir.

"Europol" xəbərdarlıq edir ki, regional gərginliyin artması təkcə fiziki hücumlarla məhdudlaşmaya bilər. Belə ki, yaxın vaxtlarda kiberhücumların çoxalması, dezinformasiya kampaniyalarının genişlənməsi və onlayn fırıldaqçılıq hallarının artması gözlənilir.

Seçilən
87
afn.az

1Mənbələr