AZ

Tramp: Kuba hökuməti süqut etmək üzrədir

Tramp: Kuba hökuməti süqut etmək üzrədir

ABŞ Prezidenti Donald Tramp Kuba hakimiyyətinin yaxın vaxtlarda devriləcəyinə dair iddialarını yenidən gündəmə gətirib.

AFN.az xəbər verir ki, "Politico" qəzetinə müsahibə verən Ağ Ev rəhbəri, rəsmi Havananın iqtisadi cəhətdən tamamilə küncə sıxıldığını və hazırda Vaşinqtonla sövdələşməyə ehtiyac duyduğunu bildirib. Tramp qeyd edib ki, Kubanın yeganə resurs mənbəyi olan Venesueladan neft və pul axınının qarşısı ABŞ tərəfindən tamamilə kəsilib.

Xatırladaq ki, fevralın 27-də Donald Tramp Birləşmiş Ştatların Kuba üzərində "dostcasına nəzarət" qurmaq niyyətində olduğunu bəyan etmişdi. Yanvarın 29-da imzalanmış fərmanla isə Kubaya neft tədarük edən ölkələrə qarşı sanksiyalar tətbiq olunub və bu səbəbdən ABŞ-da "Kuba təhlükəsi" bəhanəsi ilə fövqəladə vəziyyət rejimi elan edilib.

Kuba Xarici İşlər naziri Bruno Rodriges Parrilya ABŞ-ın bu addımlarını "total blokada" və beynəlxalq ticarət prinsiplərinin pozulması kimi qiymətləndirərək kəskin pisləyib.

Seçilən
106
afn.az

1Mənbələr