AZ

İspaniya İranın hücumlarını pislədi: Azərbaycan və Türkiyə bizim dostumuzdur

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya İranın Türkiyə və Azərbaycana qarşı hücumlarını qətiyyətlə pisləyib.

Oxu.Az xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, sözügedən hücumlar Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı törədilən hücumların davamıdır.

"İspaniya bu dost ölkələrlə həmrəy olduğunu bir daha bəyan edir", - açıqlamada vurğulanıb.

İspaniya XİN İranın mülki hədəfləri də əhatə edən hücumlarının beynəlxalq hüquqa tamamilə zidd olduğunu, həmin ölkələrin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulduğunu və gərginliyin artması riskini gücləndirdiyini diqqətə çatdırıb.

"İspaniya regionun təhlükəsizliyi və sabitliyi naminə təxirəsalınmaz deeskalasiya üçün diplomatiya və dialoqa qayıdış öhdəliyinə sadiq olduğunu bir daha təsdiqləyir", - məlumatda bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
6
oxu.az

7Mənbələr