AZ

Ekspertlər yeni Konstitusiya layihəsində sosial təminat məsələlərini müzakirə ediblər - Kazaxıstanda

Astanada “Sarap” ekspert klubunun “Konstitusiya ictimai müqavilə kimi: sosial təminatlar və vətəndaş gözləntiləri arasında balans” mövzusunda iclası keçirilib.

QHT.AZ xarici mətbuata istiandən xəbər verir ki, ekspertlər, ictimai xadimlər və sosioloqlar təklif olunan islahatların cəmiyyətin ədalət, təhlükəsizlik və sabitliklə bağlı tələblərinə nə dərəcədə uyğun olduğunu müzakirə ediblər.

İştirakçılar qeyd ediblər ki, Konstitusiya layihəsində sosial normaların genişləndirilmiş bloku yer alır. Buraya təhsil, səhiyyə, iqtisadiyyat və mədəniyyət sahələrində təminatlar, həmçinin xüsusi ehtiyacları olan vətəndaşların hüquqlarının qorunması ilə bağlı məsələlər daxildir.

Müzakirələrin yekununda ekspertlər bildiriblər ki, ictimai müqavilənin və sosial təminat sisteminin gücləndirilməsi ölkənin inkişafında mühüm mərhələdir. Bununla yanaşı, islahatların effektivliyi hüquq tətbiqetməsinin keyfiyyətindən və dövlətlə cəmiyyət arasında davamlı dialoqdan asılı olacaq.

Seçilən
95
qht.az

1Mənbələr