AZ

Azərbaycan və Ermənistan xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

5 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan arasında telefon danışığı baş tutub.

Trend xəbər verirki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumatyayıb.

Telefon danışığı zamanı nazirlər regionda baş verən sonhadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflərnarahatlıqlarını ifadə edərək gərginliyin daha da artmasına səbəbola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlikvə təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətinivurğulayıblar.

Nazir Ceyhun Bayramov erməni həmkarını 5 mart tarixindəAzərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşıhəyata keçirilən, mülki infrastruktura ziyan vurulması və mülkişəxslərin xəsarət alması ilə nəticələnən dron hücumları barədəməlumatlandırıb.

Nazirlər həmçinin Ermənistan və Azərbaycan arasında dayanıqlısülhün təmin edilməsinin vacibliyini vurğulayıb və qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
102
37
az.trend.az

10Mənbələr