AZ

Rusiyada fermada yanğın, 50 baş heyvan diri diri yandı

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Leninqrad vilayətində fermaların birində güclü yanğın olub.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən Volosovsk rayonunun Çerenkovits kəndində baş verib.

Fermaların birində başlayan yanğın 800 kv.m ərazini əhatə edib. Hadisə yerinə gələn yanğınsöndürənlər 20 baş iri buynuzlu heyvanı xilas etsə də, 30 baş inək və 20 qoyun diri-diri yanıb.

Yanğının elektrik xətlərindəki qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.

Qeyd edək ki, alov fermada olan bir neçə ağır texnikanı da tamamilə  məhv edib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
525.az

1Mənbələr