AZ

Keçmiş boksçu hava limanında qəhrəmanlıq göstərdi – girovu belə xilas etdi

Qazaxıstanın Almatı şəhərində yerləşən Almatı Beynəlxalq Hava Limanında təhlükəli hadisə baş verib.

Musavat.com xəbər verir ki, hava limanında bir şəxs gənc qadın əməkdaşı bıçaqla girov götürərək çantasında bomba olduğunu iddia edib və ətrafda ciddi gərginlik yaradıb. 

 

Hadisə zamanı 52 yaşlı keçmiş boksçu Musa Abdraim cəsarətli addım ataraq qadının azad olunması üçün özünü girov kimi təklif edib. Onun bu addımı vəziyyətin gərginliyini qismən azaltmağa kömək edib.

Məlumata görə, Abdraim fürsət yaranan kimi təhlükəli şəxsin diqqətinin yayınmasından istifadə edib və onun əlindəki bıçağı almağa nail olub. Bununla da girov vəziyyəti faktiki olaraq sona çatıb və təhlükə aradan qaldırılıb.

 

Musavat.com

Seçilən
132
musavat.com

1Mənbələr