AZ

ABŞ İran Hərbi Dəniz Qüvvələrinin 30-dan çox gəmisini batırıb

ABŞ İran Hərbi Dəniz Qüvvələrinin 30-dan çox gəmisini batırıb

İslam Respublikasına qarşı həyata keçirilən ABŞ-İsrail əməliyyatı çərçivəsində İran Hərbi Dəniz Qüvvələrinin 30-dan çox gəmisi məhv edilib.

AFN.az xəbər verir ki, bu barədə cümə axşamı keçirilən mətbuat konfransında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper məlumat verib.

"Biz İran Hərbi Dəniz Qüvvələrinə qarşı zərbələri intensivləşdirmişik. Bir qədər əvvəl prezident Donald Tramp 24 gəmini batırdığımızı və ya məhv etdiyimizi bildirmişdi və həmin an üçün bu rəqəm doğru idi. Hazırda söhbət 30-dan çox gəmidən gedir", - deyə Kuper bildirib.

Admiral həmçinin əlavə edib ki, son bir neçə saat ərzində İranın İkinci Dünya müharibəsi dövründəki aviadaşıyıcıların ölçüsünə yaxın olan pilotsuz uçuş aparatı daşıyan gəmisi vurulub və hazırda həmin gəmi yanmaqdadır. Kuperin sözlərinə görə, ABŞ və İsrail qüvvələri İranın hərbi infrastrukturunu, xüsusilə də raket istehsalı və hərbi dəniz qabiliyyətlərini sistematik şəkildə sıradan çıxarmağa davam edir.

Seçilən
142
afn.az

1Mənbələr